Qardaşı uşaqları dələduz olan başçı yola salınır

Qardaşı uşaqlarına dələduzluq ittihamı ilə cinayət işi açılan icra başçısı yola salınır

Beyləqan rayon rəhbəri Vaqif Abdullayev vəzifəsindən alınır. 
Onun adı indiyə qədər ən müxtəlif qalmaqallarda hallanıb. Media sərhasər icra hakiminin əməllərindən yazır. Sonuncu dəfə kanalizasiya xəttinin üstün satması və 300 minlik tualet tikdirməsi ilə gündəmə gəlmiş V.Abdullayevin reputasiyası tamamilə sıfıra enib. 
Nəhayət, onun qardaşı oğlanlarından birinin həbs olunması, digərlərinin işi üzrə istintaq getməsi rayon rəhbərinin karyerasını bitirib. V.Abdullayevin istefaya göndəriləcəyi gözlənilir. 
İcra başçısının qardaşı uşaqlarına görə uzun müddətdir başı bəla çəkir. Onun barəsində Prezident Administrasiyasında müsbət mövqe yoxdur. Beyləqan sakinlərinin də kifayət qədər narazı olduğu icra başçısının yerinə təyinat olacağı gözləntisi var. 
Bundan başqa, icra başçısının qəbuluna düşmək istəyən zərər çəkmişlər qardaşı uşaqlarının məsələsini həllini istəyiblər. V.Abdullayev yaxasını kənara çəkib. 
İcra başçısının qardaşı uşaqları Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu bir qadının bahalı maşınını ələ keçiriblər. Bundan başqa, həmin qadına hədə-qorxu və təhdidlə 300 minlik sənədi imzalatdırıblar.
Qardaşının digər oğlu Yunis Abdullayev isə həbs olunub. O, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.
M.Saitqızının və digər zərərçəkənlərin – Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisioğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.
Yalçın Abdullayev bundan başqa Rauf Kərimov adlı iş adamı ilə yaxın münasibət qurduqdan sonra 2013-cü ildə ondan 300 min dolları dəyərində avtomobillər götürüb və pulunu ödəməyib. 
R.Kərimov “Kral Mebel” mağazasını da Yalçın Abdullayevə güzəştli şərtlərlə icarəyə verib. R.Kərimov bankdan götürdüyə görə həbs olunduqdan sonra Y.Abdullayev bundan istifadə edərək onun 2 milyon 880 min ABŞ dolları dəyərində əmlaklarını özünün və yaxınlarının adına keçirib.
Hazırda Yalçın Abdullayevi himayə edən vəzifəli şəxslər ondan şikayətçi olan zərərçəkmişləri təhdid edir, işdən çıxartdıracaqları ilə hədələyirlər.

Qeyd edək ki, dələduzluqda ittiham olunan Yalçın Abdullayevin dəstəsinə daxil olan qardaşı Zaur Abdullayev, Xəyyam Balayev və Sahib Əliyev Eyyub Hüseynovun 3 mənzilini, polis əməkdaşı olan Əziz Əliyevi bir obyektini pul ödəmədən ələ keçiriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. (politika)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az