"Türkiyəni işğal edin, qan çay kimi axsın!” – ŞOK ƏMR

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu deyilən səs qeydi dərc olunub.

31 dəqiqəlik səs qeydində Mosul əməliyyatının müvəffəqiyyətsiz olacağından əminlik ifadə olunub və təşkilatın üzvlərinə “Türkiyəni işğal edin!” çağırışı edilir.

“Artıq nifrətinizin atəşini türk əsgərlərinə boşalda bilərsiniz. Türkiyə artıq cihadınızın hədəflərindən birinə çevrilib. Türkiyənin işğal edin və etibarlı hesab etdiyiniz qorxu salın. Gecəni gündüzə çevirin, torpaqlarında dağıntılar törədin, qanın çay kimi axmasını təmin edin!”, - İŞİD lideri deyib.

Səs qeydində təşkilatın “sui-qəsd qrupları”na da çağırış var. O, təşkilatın üzvlərindən “kafir” adlandırdığı Səudiyyə Ərəbistanına hücum etməyi istəyib.

Qeyd edək ki, Bağdadiyə aid olduğu iddia edilən son audioyazı 2015-ci ilin dekabrında yayılıb. Həmin səs qeydində Rusiya və Qərb koalisiyasının İŞİD-i zəiflədə bilməyəcəyi bildirilmişdi. Son məlumatlara görə, İŞİD lideri hazırda İraqın Mosul şəhərindədir. (publika)

Mediainfo.az

 
Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az