Bakıda zirzəmidə yaşayan ailənin 4 üzvü yanaraq külə döndü

Bu gün gecə saatlarında Bakıda dəhşətli ölüm hadisəsi qeydə alınıb. FHN-nin yaydığı rəsmi məlumata görə, paytaxtın Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az