Telman İsmayılov "Mardan Palace"ni tikən şirkətin pulunu verməyibmiş...

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

 

Türkiyənin "Hürriyet" qəzetinin yaydığı xəbərdə deyilir ki, "Asya İnşaat A.Ş.", "Güçlü İnşaat Ltd" və "Ekodizayn İnşaat Peyzaj Ltd" şirkətləri T. İsmayılovun Antalyada inşa etdirdiyi "Mardan Palace" otelinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaya əsasən, sifarişçi otelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, otel 3 şirkətə 13 mln. lirədən artıq vəsait ödənilməlidir.
 

Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Otelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.

 

Sonuncu məhkəmə prosesində hakim otel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə "Mardan Palace" şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə ödəməlidir.

 

* (Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən) 1 lirə = 0,4967 manat (apa)

 

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az