Parisin mərkəzində atışma baş verib, iki polis ölüb - YENİLƏNİB-2

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb. Atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib. 

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb. 

 

**** 00.35

 

Parisin mərkəzində daha bir atışma baş verib. İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.  

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yaralandığı barədə məlumat verilmişdi.  

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.   

Cinayətkarın axtarışı davam etdirilir.

İnsidentin terror aktı olduğu istisna edilmir.  

 

**** 00.03

 

Fransa paytaxtında silahlı insident olub. Silahlı şəxs polisləri atəşə tutub.

Atışma zamanı bir polis ölüb, digəri yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.

Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.

 

Hazırda ərazidə araşdırmalara başlanılıb. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür. (apa)

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az