İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub - YENİLƏNİB

İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub.

Xəbərdə daha dörd nəfərin girov götürüldüyü bildirilir.

 

apa-nın Tehran müxbiri isə xəbər verir ki, parlament binasını tərk etməyə müvəffəq olan silahlı şəxs küçədə atışmanı davam etdirir. Xüsusi təyinatlılar onu zərərsizləşdirməyə çalışırlar.

 

 

***

 

saat 11.25

 

İran parlamentinə silahlı hücum edən 4 nəfər tutulub.

 

Bu barədə İran mətbuatı bəzi mənbələrə istinadən məlumat yayıb.

 

Digər məlumatlarda isə bildirilir ki, parlamentə hücum edənlərdən biri kamikadzedir və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.

 

Məlumata görə, parlamentə hücum edənlər "Kalaşinkov" avtomatı və tapança ilə silahlanıblar.

 

Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.

 

İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib. 

 

İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.

 

Ə. Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: "Bir neçə nəfər yaralandığı barədə məlumatımız var". (apa)

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az