Adil Əliyev: "Azərbaycanın Şanlı Ordusu cinayətkarlarla elə onların anlayacaqları dildə danışmalıdır!"

Milli Məcisin deputatı Adil Əliyev də 2 yaşlı Zəhranın və nənəsinin faciəli ölümünə biganə qalmayıb:

"Ötən gecə cəbhə xəttində atəşkəsi pozan işğalçı Ermənistan ordusu yenə də mülki əhalini hədəfə alıb. Artilleriya atəşinə tuş gələn 2 yaşlı körpənin və bir nəfər dinc sakinin öldürülməsi quduzlaşmış ermənilərin vəhşiliyinin növbəti göstəricisidir. Öz məğlubiyyətini, acizliyini həzm edə bilməyən erməni yaraqlıları birinci dəfə deyil ki, mülkü əhaliyə atəş açır. Bu halların mütəmadi xarakter daşımasına, açıq şəkildə təxribat törətmələrinə baxmayaraq beynəlxalq təşkilatlar, ermənilərin himayədarları hələ də susur. Niyə? Səbəb nədir? İşğalçını yerində otuzdurmaq məqamı çatmadımı hələ?! İllərdir öz yurd yuvalarından didərgin salınan insanların ah nələsini duymurmu bu ikiüzlü təşkilatlar. Bir halda ki, qorxaq Ermənistan danışıqlardan boyun qaçıraraq onun bunun kölgəsində gizlənir, o zaman biz daha sərt şəkildə mövqeyimizi ifadə etməliyik. Hesab edirəm ki, Azərbaycanın Şanlı Ordusu cinayətkarlarla elə onların anlayacaqları dildə danışmalı, körpə balalarımızın qanını yerdə qoymamalıdır. İnanıram Ermənistan gec-tez öz cəzasını alacaq. 
Həlak olan balamıza, əziz soydaşımıza Allahdan rəhmət diləyirəm!"

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az