Yol polisindən qanunsuz nişanla bağlı AÇIQLAMA

"Ekspert Ərşad Hüseynovun qanunsuz adlandırdığı yol nişanı küçədən götürülüb".
 
Bu barədə Qafqazinfo-ya məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib.
 
O bildirib ki, fakt mediada işıqlandırılan kimi dərhal araşdırmalara başlanılıb: “Həmin əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Hazırda da aidiyyəti üzrə tədbirlər görülür. Qeyri-qanuni olduğuna görə nişan dərhal həmin ərazidən götürülüb və kim tərəfindən qoyulduğunu müəyyən etmək üçün kamera görüntüləri incələnir. Bu hadisə son bir neçə gün ərzində baş verib. Yəni, bu günlərdə kimsə bu nişanı özbaşına orada quraşdırıb”.
 
Polis polkovniki onu da vurğulayıb ki, belə halların yaşanması yolverilməzdir və həmin şəxslər qanunvericilikdə nəzərdə tutulmuş formada məsuliyyətə cəlb olunurlar.
 
Xatırladaq ki, dünən ekspert Ərşad Hüseynov sosial şəbəkədə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrində saysız-hesabsız çatışmazlıqların olduğunu və hətta qanunda olmayan  nişanların yerləşdirildiyini yazmışdı.
 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2017

20.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az