"Nurgun Motors"un rəhbərinin oğlu həbs olundu

Nəsimi rayon Məhkəməsində polisin əmrinə tabe olmamaqda təqsirləndirilən Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
 
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
 
Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin “saxla!” əmrinə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb. 
 
Qeyd edək ki, Nurxan Əliyev "Nurgun Motors" şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğludur.
Çox oxunan xəbərlər
Son xəbərlər

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az