Rusiyada anbarda baş verən yanğın nəticəsində 10 nəfər ölüb

Rusiyanın Novosibirsk vilayətində anbarda baş verən yanğın nəticəsində 10 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, cəsədləri aşkarlanan şəxslər anbarda işləyirmişlər.

Qeyd olunub ki, bu, ilkin məlumatdı və hadisənin təfərrüatı araşdırılır.

Yanaraq ölənlər Çin və Tacikistan vətəndaşlarıdır. Yanğın Novosibirsk vilayətindəki Çernoreçensk qəsəbəsində baş verib və 2000 kvadrat metr ərazini əhatə edib. Yanğın lokallaşdırılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər ki, yanğın ayaqqabı istehsal edilən anbar tipli binada qeydə alınıb. Anbarda ayaqqabı istehsalı üçün nəzərdə tutulan materiallar və hazır məhsullar yanıb. Bu matarealların güclü zəhərli tüstü buraxdığı bildirilib.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az