DYP-dən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
 
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.
 
V.Əsədov bildirib ki, ümumiyyətlə bütün avtomobillər qış rejiminə hazır olmalıdır: "Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər".
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

13.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az