Ermənilər Ermənistanda yaşamaq istəmirlər

Son illər Ermənistan vətəndaşlığından imtina edən şəxslərin sayı kəskin artıb.

Bu barədə “News.am”-a Ermənistan Polisinin Pasport-Viza Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2017-ci ildə 3823 nəfər Ermənistan vətəndaşlığından imtina etmək üçün ərizə ilə müraciət edib. Vətəndaşlıqdan imtina ilə bağlı departamentə 2012-ci ildə - 968, 2013-cü ildə - 1461, 2014-cü ildə -2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, bir dekabr 2017-ci ildə isə 3823 ərizə daxil olub.

2012-ci ildən 2017-ci ilə qədər, yəni Respublika partiyası Ermənistanda hakimiyyətə gəldikdən bəri 15000 şəxs vətəndaşlıqdan imtina edib. Ermənistan polisi vətəndaşlıqdan imtina edən şəxslərin yaşı və cinsi barədə məlumat yaymayıb. Onlar bunu belə bir statistikanın aparılmadığı ilə əlaqələndiriblər.

Ermənistanın hakim Respublika Partiyasından deputatı, sabiq polis rəisi AlikSarkisyan hesab edir ki, bu, olduqca ciddi göstəricidir və hökumət bu qərarın ölkə üçün bir nömrəli problem olduğunu qəbul etməlidir.

Sarkisyanın sözlərinə görə, vətəndaşlıqdan imtina edən şəxslərin böyük əksəriyyəti hərbi xidmətdən yaynmaq üçün ölkəni tərk edir: “Bu, bizim ölkə üçün böyük rəqəmdir. Hər kəsin ölkəni tərk etmək üçün öz səbəbi var”.(azvision.az)

 

Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

17.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az