Vəsiqəsiz sürücü işdən çıxarıldı

Koroğlu Mübadilə Mərkəzində keçirdiyimiz sorğuda oğlunun sürücülük vəsiqəsi ilə sükan arxasına əyləşdiyini deyən 10 TG 895 dövlət nömrə nişanlı avtobusun sürücüsü işdən azad edilib. 

Bu baradə “Qafqazinfo”ya  məlumatı Bakı Nəqliyayyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib. O bildirib ki, dünən videodan sonra daşıyıcı Agentliyə çağrılıb və ciddi şəkildə xəbərdarlıq edilib. Eyni zamanda həmin sənədsiz idarə edilən avtobus da dərhal xətdən kənarlaşdırılıb: 

“Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslərin sükan arxasında oturması məhz daşıyıcının işinə səhlənkar yanaşmasının nəticəsidir. Ümumiyyətlə, həmin marşrut xətti üzrə daşıyıcıya bundan əvvəl də digər məsələlərlə bağlı xəbərdarlıqlar edilmişdi. Bir daha da diqqətinə çatdırılıb ki, əgər fəaliyyətində müsbət dəyişikliklər olmasa, avtobuslar yenilənməsə, sürücü bazasını peşəkarlardan formalaşdırmadığı təqdirdə marşrut xəttinin istismarına dair müqaviləyə xitam veriləcək. Daşıyıcı da qısa vaxtda qeyd edilən nöqsanlar aradan qaldırılacağına söz verib”.

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.04.2018

18.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az