Bakı-Şamaxı yolu buz bağladı: Sürücülərə xəbrdarlıq

Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.

APA-nın xəbərinə görə, Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də, Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az