Metroda intihara cəhd edən kişi dünyasını dəyişdi

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

Bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

Xatırladaq ki, bu gün səhər saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2018

19.06.2018

18.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az