Hava yenidən soyuyacaq, yağış və qar yağacaq

AzərbaycanEkologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

19.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az