Şəkidə “VAZ” və “Mercedes” toqquşdu: 6 yaralı

Şəkidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Mediainfo.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, fevralın 13-ü axşam saat 19:30 radələrində rayonun Baş Göynük avtomobil yolunda “VAZ” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzadan sonra avtomobillərdə olanlar:  Şəki rayonu Baş Şabalıd kənd sakini 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı 1987-ci il təvəllüdlü Reyhanə Səlimova,   Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov,  Cəbrayılın anası 1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.

Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduqlarından  onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az