Avtomobil çaya düşdü: 3 yaralı

Şəkidə avtomobili körpüdən çaya düşüb, üç nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 04.00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisində keçən hissəsində sürücüsünün adı dəqiq məlum olmayan “Hyundai” markalı, 90 VA 676 dövlət nömrə nişanlı minik avtomobil qatı duman səbəbindən idarəetmədən çıxıb və körpüdən çaya düşüb. Avtomobildə olan Qax rayonu Baydarlı kənd sakinləri - 1997-ci il təvəllüdlü Elməddin Vəli oğlu Vəliyev, 1997-ci il təvəllüdlü Anar Akif oğlu Yusifov və 1993-cü il təvəllüdlü Xəzər Azər oğlu Əhmədli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.


MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Elmədin Vəliyevin və Anar Yusifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Xəzər Əhmədlinin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


 

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az