Xınalıqda 25 sm hündürlükdə qar yağıb

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.

Martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.

Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub. (AzərTAc)
 
Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az