Taksi xidmətində erməni təxribatı

Son illərdə Azərbaycanda taksi xidməti sahəsində özünəməxsus bir canlanma hiss edilir və biri-birinin ardınca  yeni taksi xidmətləri mərkəzləri açılır. Təbii ki, ilk baxışdan bu vətəndaşlara xidmət baxımından uğurlu təsir bağışlayır. Çünki taksi xidmətlərinin sayının çox olması rəqabət deməkdir və bu amil eyni zamanda vətəndaşlara daha ucuz taksi xidmətindən istifadə etməyə imkan verir. Lakın məhz taksi xidmətlərinin sayının artmasi özü ilə bəzi xoşagəlməz problemlər ortaya çıxarıb. Bu da taksilərin naviqator sistemindən istifadə etməsi zamanı Bakı şəhərində küçə adlarının təhrif edilməsi ilə bağlıdır. Azərbaycanda taksilər üçün naviqator sistemini “Caspian Navtel MMC” tərəfindən müvafiq müraciət əsasında verilir. “Caspian Navtel MMC” tərəfindən Bakının bütün küçələri,ünvanlar dəqiq şəkildə verilir. Lakin taksı xidməti mərkəzləri “Caspian Navtel MMC”-yə müəyyən haqq ödəyərək düzgün naviqasiya sistemi almaq əvəzinə internetlə Google-naviqatorun xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu da öz növbəsində küçə adlarımızın  ermənilər tərəfindən təhrif olunmasına gətirib çıxarır. Çünki vaxtı ilə Bakıdan gedən ermənilər Googl-naviqatora daxil olaraq küçə adlarımızı erməniləşdirə bilirlər.

Bunu məsələ ilə bağlı bu günlərdə küçə adlarımızla əlaqədar baş verən daha bir erməni təxribatı da sübut edib. Belə ki, AvtoReyd.Az yenicag.az-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən 9111 taksi xidmətinin naviqasiya sistemində paytaxt küçələrindən biri “Artsax” kimi qeyd olunub. Həmin ərazisi isə əslində, metronun “Ulduz” stansiyasının yaxınlığıdır.

Görəsən, bu hal necə baş verib? Sözsüz ki, məsələni aydınlaşdırmaq üçün mütəxəssis rəyinə ehtiyac var. Bu səbəbdən “Total İT” şirkətinin rəhbəri Ruslan Haqverdiyevlə əlaqə saxladıq. Saytımıza açıqlama verən İT mütəxəssisi məsələyə belə aydınlıq gətirdi:

“Bakıda taksi xidməti göstərən şirkətlər əsasən, yerli naviqasiyalardan istifadə edirlər. Sistemin özü isə Rusiyanındır. Amma qonşu ölkə bizim xəritəni hazırlamır. Azərbaycanda 5-6 xəritə hazırlayan şirkət var. Düzü, 9111 taksi xidmətinin hansı xəritədən istifadə etdiyini bilmirəm. Bu gün Bakının xəritəsini hazırlayan onlarla şirkət var ki, bunlar beynəlxalq və lokallardır. Lokal şirkətlərin xəritəsində qeyd etdiyiniz problem ola bilməz. Bunların böyük bir hissəsi gah “Caspian Navtel”in xəritəsinə gedib çıxır, gah da başqasının. Sadəcə, taksi xidməti göstərən şirkətlər ucuz xəritələrə qaçırlar. Bunlar beynəlxalq “Google”, “Yandex”in xəritələridir. Bu tip xəritələr də əhaliyə açıqdır. İnsanlar həmin xəritələrə daxil olub, məlumat yerləşdirə bilirlər. Qarşı tərəf onun düzlüyünə inanarsa, bunu qəbul edir. Məlumat yerləşdirən şəxs minlərlə nöqtəni qeyd edir və bununla da özünə qarşı inam yaradır. Ola bilər ki, Rusiyada yaşayan hansısa erməni daima nöqtələri düzgün təyin edir və bir dəfə də fürsətdən yararlanır. Onsuz da bu kimi hallara dəfələrlə rast gəlmişik. Məsələ burasındadır ki, lokal xəritələr çox bahadır. Sistemin qiyməti isə yüzminlərlə ölçülür”.

*9111 taksi xidmətindən isə BAKU.WS-ə bildirdilər ki, fotosu yayılan proqramın onlara heç bir aidiyyatı yoxdur. Həmin proqram 2111 “maxim” taksinin istifadə etdiyi proqramdır. 9111 taksi xidməti isə “Taxisi” proqramından istifadə edir.

Əslində taksi xidməti mərkəzlərı məhz belə bir biabırçılığa yol verməmək üçün “Caspian Navtel MMC” naviqator xidmətindən istifadə etməyə borcludurlar. Belə olacağı təqdirdə taksi xidməti mərkəzləri Google-naviqatordakı erməni təxribatından özlərini sığortalaya biləcəklər. Bu həm də milli maraqlarımızın müdafiə edilməsi, erməni təxribatlarının qarşısının alınması, şəhərimizə gələn minlərlə turistdə respublikamız, paytaxtımız barədə düzgün təsəvvür yaradılması baxımından olduqca vacib məsələdir. Əks halda bizim taksi xidməti mərkəzlərimiz Google-naviqatordan istifadə etməklə erməni təxribatçılarına dəstək vermiş olacaqlar.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.04.2018

19.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az