Daşkəsənə güclü qar yağıb

Daşkəsənə gözlənilmədən güclü qar yağıb.
 
APA -nın bürosunun verdiyi məlumata görə, uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.
 
Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.
 
Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.
 
Rayonun yol istismarı strukturları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla quracaq.
Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az