Bakıda polis aptekin qarşısında keçindi

 

Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci ildə anadan olmuş polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib.

Virtualaz.org xəbər verir ki, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də elə aptekin qarşısında dünyasını dəyişib.

Əşrəf Orucovun 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.

Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.
Çox oxunan xəbərlər
Son xəbərlər

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az