Bayıldakı çökmə barədə RƏSMİ AÇIQLAMA

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, bunu Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı deyib.

Onun sözlərinə görə, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir: 

"Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur".

Ş. Səfərov əlavə edib ki, ETSN-in mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır, təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

Qeyd edək ki, dünən Bayılda çökmə nəticəsində iki ev tam, ikisi qismən dağılıb, təhlükəli ərazidə 20 ev var.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az