Teleqüllə çökə bilərmi? - RƏSMİ AÇIQLAMA

"Bakının Səbail rayonunun Bayıl qəsəbəsində, dünən sürüşmə hadisəsinin baş verdiyi ərazidə - Buxta küçəsi 9 ünvanında gərginlik davam edir. Bu isə o deməkdir ki, burada yenidən sürüşmə baş verə bilər".

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesi ilə bağlı vəziyyətin dəyərləndirilməsi üçün ETSN tərəfindən müşahidələr aparılırdı: "Orada yaşayan sakinlərdən "Qaynar xətt" vasitəsilə ETSN-ə məktublar daxil olurdu. Əməkdaşlarımız bu həftə ərzində də orada olub və aparılan müşahidələr zamanı ərazidə gərginliyin olduğunu görmüşdük".

Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində müşahidə edilən gərginliyin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsinə təsirindən danışan Ə.Qaralov əlavə edib ki, yeni sürüşmə hadisəsinin qeydə alındığı Buxta 9 küçəsi Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşir.

Teleqüllə sürüşmə sahəsindəki hazırkı vəziyyəti dəyərləndirən nazirlik rəsmisi qeyd edib ki, hazırda orada sürüşmə sahəsində stabil vəziyyət hökm sürür: "Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsi Bayıl dərəsində qeydə alınmışdı. Bu dəfəki sürüşmə hadisəsi isə "Bayıl amfiteatrı" adlanan ərazidə - Bayıl bazarının arxa hissəsində olub. Burada yamac zaman-zaman kəsilib, çökmə torpağın üzərində evlər inşa edilib. Buna görə də yamac həddindən artıq yüklənib. Nəticədə aşınma prosesi olub və sürüşmə baş verib. İndi orada gərginlik davam edir".

Ə.Qaralovun sözlərinə görə, Buxta küçəsi, 9 ünvanında sürüşmənin baş verdiyi ərazidə yalnız təxminən 50-60 il əvvəl, gecəqondu şəklində tikilən fərdi evlər var.

O bildirib ki, Bayıl ərazisi ümumilikdə sürüşməyə meylli ərazidir: "Burada sürüşmə indi baş verməyib. 200-300 il əvvəl də orada sürüşmə olub. Lakin Bayıldakı sürüşmələr bütün Bayılı əhatə etmir. Burada sürüşmələr zaman-zaman, lokal şəkildə, müxtəlif yerlərdə qeydə alınır".

Çox oxunan xəbərlər
Son xəbərlər

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az