Yaponiyada ölənlərin sayı 140-a çatdı

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

 

Mediainfo.az-ın APA-yaistinadən verdiyi xəbərə görə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara  75 min nəfər cəlb edilib.

 

 

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

 

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.
 

Çox oxunan xəbərlər
Son xəbərlər

14.11.2018

13.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az