Azərbaycanda 21 günün gəlini yoxa çıxdı - Video

Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova evdən yoxa çıxıb. Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi məlum deyil.

Səma Qafarovanın anası onun Lökbatanda yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını iddia edir. Anası və xalasının Xəzər TV-yə verdiyi məlumata görə, Səma Qafarova bu ilin iyul ayının 15-də öz istəyi ilə xalası oğlu ilə evlənib. Anası Zeynəb Qafarovanın dediyinə görə, aralarında bu zamanda heç bir narazılıq olmayıb. Səma Qafarova hər kəs işdə olan zaman itib.

Zeynəb Qafarovanın dediyinə görə, hər kəs işdə olduğuna görə qızı Səma bir qədər qorxduğunu bildirib.

Səmanın anası bildirir ki, bütün qohumlar hamı hər yerdə Səmanı axtarır.

Onu da qeyd edək ki, hadisə ilə bağlı Qaradağ rayonunun 10-cı polis bölməsinə də məsələ ilə bağlı müraciət olunub və araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az