"*9111" taksi xidmətinin Azərbaycanda ermənisayağı təxribatı davam edir- VIDEO

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq proqramı düzəltmirlər

Son illərdə Azərbaycana qarşı müxtəlif sahələrdə ermənilər tərəfindən həyata keçirilən milli, mədəni, mənəvi təxribatlar ara vermir. Təəssüflər olsun ki, Azərbaycana qarşı həyata keçirilən erməni təxribatlarında rəhmətlik xalq yazıçısı İsmayıl Şıxlının sözləri ilə desək "sapı özümüzdən olan baltalar"da bilərəkdən və ya bilməyərəkdən yaxından iştirak edirlər. Ölkəmizə qarşı çevrilən erməni təxribatlarında yaxından iştirak edən qurumlardan biri də *9111 taksi şirkətidir. Xatırladaq ki, bir müddət əvvəl Avtosfer.az portalında və Mediianfo.az saytında *9111 taksi şirkətinin sürücülərə təqdim etdiyi xəritədə Azərbaycan ərazilərinin erməni adları ilə verilməsi müşahidə edilmişdi. Hətta paytaxt Bakının bir çox küçə və prospektləri erməni adları ilə əvəzlənmişdi. Buna əsas səbəb isə şirkətin istifadə etdiyi "Maps me" xəritəsidir.  Təbii ki, bu xəritədə redaktə imkanları olduğu üçün ermənilər Azərbaycanda istənilən ərazinin adını erməniləşdirə bilirlər. Bəs görəsən bizim yerli şirkət niyə belə təxribat xarakterli, ermənilərə xidmət edən, onların dəyirmanlarına su tökən xəritələrdən  istifadə edir?

Bununla əlaqədar sosial şəbəkələrdə yayılmış  video bir çox kölgədə qalan məsələlərin üzərinə işıq salır. Belə ki, bir müddət əvvəl bu məsələ gündəmə gələndə şirkət yanlışlıq olduğunu əsas gətirərək xəritəni düzəldəcəyinə söz vermişdi. Doğurdan da düzəldib. Amma...

Amması budur ki, yalnız üzdə görünən hissəsi düzəlib. Sürücülərdə əsas istifadə olunan alt xəritələrdə isə erməni adları qalmaqdadır. Təqdim edilən videodan da aşkar şəkildə görünür ki, bu belədir.

Şirkət rəhbərliyinin azərbaycanlı olmaması müxtəlif fikirlər irəli sürməyə əsas verir. Ancaq...

Şirkətdən iddia edirlər ki, guya bunların işgüzar nüfuzuna xələl vurmaq üçün bu işləri “Caspian Navtel” şirkətinin rəhbəri Rizvan Cəfərov edir. Bəs Rizvan Cəfərov kimdir? Azərbaycanda fəaliyyət göstərən yerli naviqator şirkətinin rəhbəridir. Yəni taksi şirkətlərinin xarici proqramları alması və sürücülərə satması o zaman anlaşılan ola bilər ki, yerli şirkət olmasın. Yox əgər iddia edilsə ki, yerli şirkətin məhsulu bahadır bu zaman da onları anlamaq olar. Lakin... Bunların heç biri deyil. Bu günə qədər Caspian Navtel şirkətinin xəritəsində erməni adına rast gəlinməyib. Çünki millidir. İndi iddia edirlər ki, Rizvan Cəfərov *9111 haqqında mətbuata yalan məlumat ötürür. Bəlkə xəritədəki erməni adlarını da Rizvan Cəfərov yazıb? Amma nədənsə *9111 səhvini düzəltmək yerinə kimlərisə ittiham edir, hədə-qorxu gəlir. Özünü elə göstərir ki, guya bu ölkədə söz sahibidir.

Şirkət rəhbərliyinin Ukraynalı olduğu deyilir. Olsun, biz ölkəmizdə heç kimə demirik ki, gəlmə və işləmə. Buyur gəl. Amma bizim qanunlarımıza, milli maraqlarımza hörmətlə yanaş. Sən “Xocalı” küçəsinin adını dəyişib “Monte Melkonyan” qoyan şirkətin xəritəsini Azərbaycanda işlədə bilməzsən. Buna mənəvi haqqın yoxdur. Eyni zamanda hüquq çərçivəsində də bu məsələnin yoluna qoyulacağına ümid edirik. Sonda isə sosial şəbəkələrdə yayılmış videonu təqdim edirik. 

Fərid

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

23.09.2018

22.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az