Məcburi köçkün Tərtərdə minaya düşdü - Video

Tərtər rayon sakini minaya düşüb.

Bu barədə Report-a rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.

İ.Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.

İcra nümayəndəsi əlavə edib ki, A.Həsənov piyada əleyhinə minaya düşüb: "Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib".

Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev "Report"un yerli bürosuna bildirib ki, A.Həsənov cərrahiyyə əməliyyatı olunub və onun bir ayağı amputasiya edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, yaralının vəziyyəti ağırdır.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az