Bayıl sürüşməsinin qarşısını almaq mümkün deyil

20-ci sahə ilə Badamdar arasında, avtomobil yolunun sol hissəsindəki yamacda sürüşmə prosesi gedir. Sözügedən bölgə sürüşməyə meyilli zonadır. Həmin ərazinin konturları Abşeron yarımadasının sürüşməyə meyilli ərazilərinin xəritəsində qeyd olunub.

Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Badamdar şosesində baş verən sürüşmə ilə bağlı deyib. O bildirib ki, həmin ərazidə sürüşmə ayın əvvəlindən aktivləşib:

“2012-ci ilin dekabr ayının 1-dən sözügedən ərazidə sürüşmə başlayıb. Həmin vaxt onun eni 180-200 metr arasında dəyişirdi. 2013-cü ildə müəyyən istinad divarları tikildi, hamarlama işləri aparıldı və indiyədək hansısa dəyişiklik qeydə alınmayıb.

Biz ayın 2-dən 20-ci sahədə gərginlik müşahidə etdik və bu barədə müvafiq orqanlara yazılı şəkildə məlumat verdik. Yəni bu sürüşmə yeni deyil.

20-ci sahədə eyni zamanda Badamdar istiqamətinə gedən yol təhlükəsizlik məqsədilə nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb”.

Ə.Qaralov onu da qeyd edib ki, sürüşmənin qarşısının alınması mümkünsüzdür:

“Bu, təbii prosesdir. Atmosfer çöküntüləri, insan faktoru olduqda sürüşmə getdikcə aktivləşir. Həmin ərazidə yaşayış binaları yoxdur”.

Hazırda Baş nazirin müavini Hacıbala Abtutalıbov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər əməkdaşları hadisə yerindədir.

Baş nazirin müavini Hacıbala Abutalıbov Modern.az-a deyib ki, iclas keçirilir və narahatlıq üçün əsas yoxdur.

Sürüşmə səbəbindən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Bu marşrut xətləri üzrə avtobuslar 20-ci sahəyə getmək üçün alternativ yollardan istifadə edirlər.

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Abit Əliyev Real TV-yə müsahibəsində deyib ki, sürüşmə zonasındakı evlərə baxış keçirilir. Təhlükə müəyyən olunsa, həmin evlər köçürüləcək.

Bu gün bir neçə ərazidə istinad divarlarında təxminən 1 metrlik çatlar əmələ gəlib.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az