Azərbaycanda müəmmalı hadisə: iki gündə 8 dəfə...(VİDEO)

Masallı rayonunda bir neçə gündür ki, müəmmalı yanğınlar olur. Həyətdə ev, təsərrüfat tikililəri, avtomobillər naməlum şəraitdə yandırılır.


İki gün ərzində eyni həyətdə 8 yanğın olub. Ümumilikdə ev, 2 avtomobil, tövlə və ot tayası yanıb.

 

Müəmmalı yanğın hadisəsi Masallı rayonunun Bədalan kəndində baş verib. İlk yanğın kənd sakini Nicat Həsənova məxsus beşotaqlı evin birinci mərtəbəsində qeydə alınıb. Yanğının əhatəsi az olduğundan ailə üzvləri tez bir zamanda onun qarşısını ala biliblər. Lakin həmin evin 2-ci mərtəbəsində daha da şiddətli yanğın olub.

 

Həsənovlar ailəsinin həyətində olan müəmmalı yanğın bununla da bitməyib. Bir gün sonra yanmış evin tullantılarının daşınması üçün həyətə yük maşını gətirilib. Həmin maşının kabinəsi naməlum şəraitdə qəfil yanmağa başlayıb. Bunun ardınca analoji yanğınlar Nicat Həsənovla eyni həyətdə yaşayan qardaşı Zəfər Həsənovun avtomobilində və tövləsində, eləcə də ot tayasında da baş verib.

 

 

 

Ümumilikdə isə iki gün ərazində Həsənovlar ailəsinə məxsus həyətdə 8 yanğın hadisəsi qeydə alınıb. Sonuncu yanğınlar zamanı ot tayasının ətrafında kibrit çöplərinin tapılması hadisənin qəsdən törədilməsi ehtimalını gücləndirir. Lakin ayrı-ayrı yerlərdə qəfil yanğın baş verməsi müəmmalı olaraq qalır.

 

Artıq faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az