2018-ci ildə dünyada 80 jurnalist öldürülüb

2018-ci ildə dünyada öldürülən jurnalistlərin sayı 80 nəfər olub ki, bu da ötən ildəkindən 15 nəfər çoxdur.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatının hazırladığı  hesabatda deyilir: "2018-ci ildə 80 jurnalist öldürülüb, bu da ötən ildəkindən 15 nəfər çoxdur. Professional fəaliyyəti ilə bağlı 348 KİV əməkdaşı saxlanılıb, 60 nəfər isə girov götürülüb".

Bundan əlavə bu il 3 jurnalıst müxtəlif şəraitlərdə itkin düşüb. Ən böyük hay-küyə səbəb səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsi olub. Ondan əvvəl, bu ilin fevral ayında isə Aktuality.sk  nəşrinin reportyoru Yan Kutsiakın  sifariş əsasında öldürülməsi beynəlxalq aləmdə böyük rezonans doğurub.

Ekspertlərin fikrincə, juranlistlər üçün ən təhlükəli ölkə Əfqanıstan, Suriya və Meksikadır. Bu il Əfqanıstanda 15, Suriyada 11, Meksikada isə 9 jurnalist öldürülüb. ABŞ-ın adı da jurnalistlər üçün təhlükəli olan ölkələr siyahısındadır. Belə ki, bu ilin iyun ayının sonlarında Merilend ştatındakı Annapolis şəhərindəki Capital Gazette qəzetinin redaksiyasına daxil olan amerikalı oradakılara atəş açaraq 5 nəfəri öldürüb.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2019

21.01.2019

20.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az