25 il əvvəl itkin düşən paraşütçü sağ tapıldı — VİDEO

Sovet İttifaqı dağılmadan əvvəl itkin düşən paraşütçü Timofey Menşikov 25 il sonra sağ tapılıb.

Menşikov tempraturun mənfi 60 dərəcəyə qədər endiyi meşədə ovçuluq və balıqçılıqla sağ qalmağı bacarıb. Rusiyanın Yakutiya bölgəsindəki vəhşi bir meşədəki kiçik daxmada yaşayan paraşütçü iki it və bir pişik həyatına davam edir.

Timofey 1991-ci ildə itkin düşüb. O, illər sonra tapılsa da, yenə də meşədə, insanlardan uzaq yaşamağı üstün tutub. Menşikov “Niyə qaçdın” sualına “Niyə qaçdım? Dürüst olmaq lazımdırsa, araqdan qaçdım” cavabını verib.

Menşikovu isə bloqçu Oleq Geraymoviç tapıb. Bloqçu “Atam 40 kilometr uzaqda bir ev olduğunu dedi və mən də onu tapmaq qərarına gəldim” deyib.
1979-cu ildən Sovet İttifaqının Hərbi Hava Qüvvələrində xidmət edən Menşikovun 8 yaşı olanda atası və anası vəfat edib. Uşaq evində böyüyən Menşikov bacısı və qardaşını tapmaq üçün Sanqara qədər gedib. Amma onları tapa bilməyib və ümidini itirib.

 

İnsanlardan uzaqlaşanda evli və 4 uşaq atası olan Menşikovun kürəkəni ona baş çəkib. Amma qızı onları tərk etdiyi üçün atasını görmək istəmir...

Hikmət Həsənov

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.03.2019

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az