Qəzada ölən futbolçunun cəsədi tapıldı

Fransanın “Nant” klubundan Uelsin “Kardif” klubuna transfer olunan Emiliano Salanın qəzaya uğradığı təyyarədən iki cəsəd çıxarılıb.

Cəsədlər tibbi ekspertizadan keçirildikdən sonra onların 59 yaşlı pilot David İbbotsona və futbolçu Emiliano Salaya məxsus olduğu dəqiqləşib.

 

Xatırladaq ki, Salanı yanvarın 22-si Fransadan Kardiffə aparan xüsusi təyyarə radardan itib.  Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olub. Təyyarənin qalıqları 4 gün öncə boğazın 67 metr dərinliyində tapılıb.

Qeyd edək ki, 28 yaşlı Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi (15 milyon funt-sterlinq) kimi klub tarixinə düşmüşdü. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı.(qafqazinfo)

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az