Rayondan gəlib Bakıda gizli yaşayan sevgililərin HAMAM FACİƏSİ

Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

 Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları” yaşayış massivində yerləşən fərdi həyət evində kirayə yaşayan Şirvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Hüseynli Həbib Mehman oğlu və 1985-ci il təvəllüdlü Əzimova Əntiqə Vidadi qızı hamam otağında dəm qazından boğularaq ölüb.

Məlum olub ki, hər iki şəxs orta məktəbi bir yerdə oxuyub və sinif yoldaşlarıdır. Ailəli olsalar da, onların arasında gizli sevgi münasibəti yaranıbmış və xeyli müddət davam edirmiş. Bir müddət əvvəl onlar Bakıda işləmək üçün birgə paytaxta gəliblər və burada qeyri-rəsmi nikahda gizli yaşamağa davam ediblər.

Bildirilir ki, hər iki şəxsin rəsmi nikahlarından övladları var.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Publika.az

Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2019

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az