Qərb rayonlarına güclü dolu düşüb

Axşam saatlarından başlayaraq Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunur.

 Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən bölgədə ciddi fəsadların yaranıb-yaranmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

"Azərişıq" ASC Qərb rayonlarında güclü külək və yağıntılar səbəbindən bir sıra qabaqlayıcı tədbirlər görüb. Baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib.

***

Gecə saatlarında respublikanın Zaqatala və Qax rayonlarına dolu yağıb.

Dolu, əsasən Zaqatala şəhərinə və Qax rayonunun bəzi kəndlərinə daha çox düşüb.

Təqribən 15 dəqiqə davam edən və təqribən qoz iriliyində yağan dolu meyvə ağaclarına və bəzi minik avtomobillərinin şüşələrinə ziyan vurub.

Şimal-qərb bölgəsində hazırda güclü külək və yağış yağmaqda davam edir.

Rrport 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az