Pirşağı gölündə balıqlar kütləvi şəkildə məhv olublar-video

Sabunçu rayonu Pirşağı kəndində yerləşən göldə balıqlar kütləvi şəkildə tələf olub. XəzərXəbərin vatsap nömrəsinə göndərilən videodan görünür ki, yüzlərlə balıq məhv olub. Videonu göndərən şəxs iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi göldə tor səpərək balıq tutmağı qadağan etdiyindən balıqçılar acığa belə addım atıblar. Nazirlikdən bildirilib ki, məsələ ilə araşdırmalara başlanılıb

İrili-xırdalı yüzlərlə balıq tələf olub.

Görüntülər paytaxtın Pirşağı kəndindəki göldə lentə alınıb..

Mobil telefonla çəkilən görüntülər XəzərXəbərin votsap nömrəsinə göndərilib

İddiaya görə balıqçılar bu addımı acıq çıxmaq niyyəti ilə ediblərmiş.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Pirşağı gölündə həvəskar şəkildə tilovla balıq tutmağa qadağa yoxdur. Yalnız tor səpməyə icazə verilmir. ''Əməkdaşlarımız ərazidə yoxlamalar aparacaq, gölün suyundan aanalizlər götürüləcək. Bundan sonra balıqların hansı səbəbdən tələf olmaları dəqiq məlum olacaq''-deyə əlavə edilib.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az