Yəməndə faciə yaşanır: Hər iki saatda bir ana və 6 körpə ölür

Uşaq Fondu (UNICEF) Yəməndə hamiləlik müddətində və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpənin öldüyünü açıqlayıb.

UNİCEF-in yazılı hesabatına görə, buna səbəb ölkədə illərdir davam edən vətəndaş müharibəsidir. Bildirilir ki, müharibə hamilə qadınların və körpələrin fiziki cəhətdən zəifləməsinə, bu isə öz növbəsində ölüm hallarının atmasına səbəb olub. Onlar əhalinin ən zəif sosial qrupudur. 

Məlumata görə, Yəmən müharibə səbəbindən regionun ən yoxsul ölkələrindən birinə çevrilib: "Ölkədə hamiləlik və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpə ölür. Yəməndə yoxsulluq üzündən evlərdəki doğuş halları artıb. Ölkədəki səhiyyə müəssisələrinin yüzdə əlli biri tam gücü ilə fəaliyyət göstərir". Bildirilir ki, həmin müəssisələrdə də tibbi personal kifayət qədər deyil. 

Qeyd edək ki, artıq bir neçə ildir Yəmədə husilərlə hökumət qüvvələri arasında döyüşlər səngimir. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az