Neymar 2 il müddətinə həbs oluna bilər

PSJ-nin braziliyalı hücumçusu Neymar növbəti dəfə məhkəməyə çağırılıb. Apasport.az saytının məlumatın görə, o, 2013-cü ildə “Santos”dan “Barselona”ya keçidinin rəsmiləşdirilməsi zamanı baş verən dələduzluq səbəbindən hakim qarşısına çıxacaq.

 

Məhkəməda İspaniya klubunun prezidenti və Neymarın atası da cavab verməli olacaqlar. Onlar barəsində DİS investisiya fondu iddia qaldırıb. Fond hesab edir ki, tərəflərin bir-biri ilə danışığa getməsi səbəbindən onlara çatacaq məbləğin bir hissəsini almayıb.

 

Belə ki, Neymarın transfer hüquqlarının bir hissəsi DİS-ə məxsus olub və bu keçid 57,1 milyon avroya rəsmiləşib. Lakin fond transferin daha yüksək məbləğə həyata keçdiyi qənaətindədi. Bu səbəbdən də tərəflər növbəti dəfə məhkəmə qarşısına çıxacaqlar. Əgər fırıldaq sübuta yetirilərsə, Neymarı 2 il həbs cəzası və 10 milyon avro pul cəriməsi gözləyir.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

20.01.2018

19.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az