Portuqaliya futzal üzrə Avropa çempionu oldu

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinə Portuqaliya və İspaniya arasında keçirilən final matçı ilə yekun vurulub.

 

Qarşılaşma olduqca maraqlı və gərgin keçib. 1/4 finalda Azərbaycan millisini, ardınca Rusiyanı mübarizədən kənarlaşdıran Portuqaliya həlledici qarşılaşmaya yaxşı başlayıb. Belə ki, 1-ci dəqiqədə Rikardinyo ispanları mərkəzə dəvət edib. Lakin 19-cu dəqiqədə Tolra ilə tarazlığı bərpa edən İspaniya 32-ci dəqiqədə Linin qolu sayəsində hesabda önə keçib. Məğlubiyyətdən xilas olmaq üçün bütün qüvvə ilə irəli atılan portuqallar 39-cu dəqiqədə istəklərinə çatıblar. Bruno Koelyo fərqlənərək, mübarizənin taleyini əlavə vaxta daşıyıb.

 

Ruhlanan Portuqaliya yığması əlavə vaxtın sonuncu dəqiqəsində qələbə topunu vurmağı bacarıb. Yenə səhnəyə Bruno Koelyo çıxıb. Onun cərimə zərbəsindən vurduğu qol komandasına tarixində ilk Avropa çempionluğunu qazandırıb. İspaniya isə gümüş medalla kifayətlənib.

 

Qeyd edək ki, turnirdə 3-cü yeri Rusiya millisi tutub.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2018

24.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az