“Formula 1” : "Bakını dünyaya tanıtmaq üçün.."

Formula 1-in baş icraçı direktoru Çeys Keri Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib

“Formula 1” şirkətlər qrupunun baş icraçı direktoru Çeys Keri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycanın aparıcı biznes qurumlarının təmsilçilərinin iştirakı ilə “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” mövzusunda Bakıda ikinci dəfə baş tutan beynəlxalq konfransda nitq söyləyib.

Heydər Əliyev Mərkəzində baş tutan konfrans Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Azərbaycan Avtomobil Federasiyası və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilib. 

Konfrans zamanı “Formula 1” şirkətlər qrupunun yeni rəhbəri Çeys Keri kürsüyə çıxaraq iştirakçılarla Formula 1-in gələcəyi ilə əlaqədar şəxsi fikirlərini bölüşüb. O, həmçinin bu avtoidmanın və onun çox sayda qlobal tərəfdaşının bir araya gələrək uzun müddət yaddaşlarda qalacaq ən yüksək səviyyəli çempionatı keçirməyə dair gələcək planlarından danışıb. 

Bununla yanaşı Ç.Kerini müşayiət edən “Formula 1”-in Təşkilatçılar və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloi Target-Adams da çıxış edərək belə irimiqyaslı idman yarışlarının keçirilməsinin faydalarını ən yüksək həddə çıxarmaq üçün yarış təşkilatçıları ilə daha səmərəli işlərin qurulması haqqında “F1”-in yeni rəhbərliyinin gördüyü işlər barəsində ətraflı məlumat verib. 

İlk dəfə 2017-ci ildə böyük uğurla reallaşan konfransın builki buraxılışında 200-dən çox biznes nümayəndəsi və həmçinin Azərbaycan hökümətinin ali rəsmiləri, o cümlədən biznes, texnologiya və səyahət sahələrinin yüksək səviyyəli təmsilçiləri ilə yanaşı “Formula 1” yarışlarının xarici ölkələrdəki bir neçə təşkilatçısı qatılaraq öz töhfələrini veriblər. 

Birgünlük konfrans “Formula 1”-in rəhbərliyi, Azərbaycan hökumət nümayəndələri və müxtəlif biznes qurumlarının təmsilçiləri üçün bir araya gələrək irimiqyaslı idman yarışlarının Azərbaycan və paytaxt Bakı şəhəri timsalında evsahibi ölkə və şəhərə verdiyi faydaları və yaxud bu yarışların keçirilməsinin əhəmiyyəti, iqtisadi və sosial təsirlərinə dair şəxsi təcrübələri bölüşmək və müzakirələr apararaq sözügedən məsələləri təhlil etmək baxımından əvəzolunmaz platforma yaradıb. 

Konfransın çıxışlara həsr olunmuş sessiyaları arasında sual-cavab üçün verilmiş fasilələrdə natiqlər konfransa qatılan biznes və media nümayəndələrinin suallarını cavablandırıblar. 

İkinci dəfə uğurlu şəkildə baş tutmuş beynəlxalq konfransdan sonra Arif Rəhimov belə münasibət bildirib: 

"Çeys Kerini Bakıda qarşılamaq və onun Formula 1-in gələcəyinə dair etdiyi coşğulu çıxışı dinləmək bizim üçün böyük şərəfdir. Bu, “Formula 1”-in yeni rəhbərliyinin çempionatın hamı üçün daha da yaxşılaşdırılması və həmçinin növbəti illərdə evsahibi ölkələrdə bu avtoidmanın daha geniş şəkildə yayılması istiqamətində yarışın təşkilatçıları ilə birlikdə işləməyə böyük səy göstərməsininin açıq nümunəsidir. Bu gün eyni zamanda biz çoxsayda nümayəndənin iştirakından çox məmnun qaldıq və başda çıxış edənlər olmaqla bütün iştirakçıların göstərdiyi maraq bu yeni tədbiri daha yüksək səviyyəyə qaldırdı. Bütün həmkarlarımızdan bir araya gələrək birlikdə uğurlara nail ola biləcəyimizi eşitmək bizi bir daha həm ruhlandırdı, həm də inamımızı artırdı. Keçirdiyimiz bu konfrans düzgün istiqamətdə atdığımız daha bir addım oldu və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivinin Azərbaycanda, Formula 1-in ən sürətli şəhər trekində baş tutacaq növbəti F1 yarışlarının ölkəyə uzunmüddətli iqtisadi, sosial və mədəni faydalarının daha da artırılması istiqamətində göstərdiyi böyük səylərə əyani sübut oldu. Biz gələn il üçüncü dəfə konfrans keçirməyi indidən səbrsizliklə gözləyirik".

Çeys Keri konfransla bağlı belə danışıb: "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları mövzusunda ikinci dəfə yüksək səviyyədə keçirilən konfransda çıxış etmək üçün Bakıya dəvət edilməyim mənim üçün böyük şərəfdir. Formula 1-in gələcəyinə dair yeni baxışlarımızın mərkəzində duran əsas məsələlərdən biri Qran Pri yarışlarının təşkilatçıları ilə daha sıx işləmək və qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirməkdir. Bu gün bir daha aydın oldu ki, Formula 1 yarışı ona evsahibliyi edən şəhərə iqtisadi, sosial və mədəni baxımdan çox müsbət təsirlər göstərməkdədir. Biz bu möhtəşəm idmanın gücündən istifadə etməklə son iki il ərzində Bakının timsalında qazanılmış uğuru və inkişafı yarışın keçirildiyi hər bir yerdə təmin etmək üçün tərəfdaşlarımıza dəstək olmağa davam edəcəyik".baku.vvs

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2018

24.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az