“Azarkeşləri fantastik gecə gözləyir"

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Real”-PSJ matçı öncəsi Madrid klubunun müdafiəçisi Marselo açıqlama verib.

Braziliyalı oyunçu qalibiyyətin əhəmiyyətinin fərqində olduqlarını deyib:

“Maksimum dərəcədə oyuna köklənmişik. Biz belə qarşılaşmalarda qalibiyyətin əhəmiyyətini bilirik. Ona görə də PSJ ilə oyun bizə əlavə motivasiya verir. Mən “Real”ın heyətində çox matça çıxmışam. Ancaq hər zaman daha çoxunu əldə etmək istəyirəm. Bizim əla məşqçimiz var. Zidan bizə çox kömək edir. Ona görə düşünürəm ki, mükəmməl bir matç alınacaq".

Braziliyalı futbolçu bildirib ki, hər bir komanda Ronaldo və Neymar kimi futbolçuya sahib olmaq istəyir:

“Ancaq bu komandalar Ronaldo və Neymardan ibarət deyil. Biz Neymara fokuslanmamışıq. O, əla oyunçudur. PSJ-dəki bütün oyunçular kimi. PSJ-də 3 möhtəşəm hücumçu var. Azarkeşləri “Santyaqo Bernabeu”da fantastik gecə gözləyir. Düşünürəm ki, hər iki komanda açıq oyun oynayacaq. Ancaq heç kim məğlubiyyətdən sığortalanmayıb”.Publika.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2018

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az