Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub

Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. O, işinin icrasına cari mövsüm başa çatdıqdan sonra başlayacaq. Slutski Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.

Qeyd edək ki, Erediviziyada çıxış edən “Vitess” 27 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırki baş məşqçisi Henk Freyzer cari mövsümün yekununda postunu tərk edəcək. Son iş yeri İngiltərə “Hall Siti”si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

23.09.2018

22.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az