Prezidentdən futbolçulara ağır cəza - “Rədd olun!”

Yunanıstanın "Olimpiakos" klubunun prezidenti Evangelos Marinakis komandanın uğursuz çıxışlarından sonra sərt addım atıb.

“Qafqazinfo” xəbər verir ki, klub başqanı komandanın "Levadiakos"la 1:1 hesablı heç-heçə etməsindən sonra futbolçuları 400 min avro cərimə edib və hamısını mövsümün sonuna qədər heyətdən göndərib. Oyunçulara səslənən patron bunları deyib:
 
"Özümün və azarkeşlərin xəyalında olan heyəti qurmaq üçün sizi istirahətə göndərirəm. Bu gündən etibarən rədd olun! Son 4 turda U-20 komandası meydana çıxacaq. Siz ancaq gözəl evinizi və maşınınızı düşündüz. Lakin komanda üçün narahatlıq keçirmədiz. Aşağı yaş qrupunda olan futbolçularımız və fanatlar komandanı sizdən daha çox sevir. Mən sizə milyonlar xərclədim, hər şeyə sahibsiz. Sizə görə 3 məşqçini qovdum, amma görürəm ki, problem onlarda deyil, sizdədir".
 
"Olimpiakos" 26 turdan sonra Yunanıstan Super Liqasında 52 xalla 3-cüdür və lider AEK-dən 8 xal geri qalır.

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az