"Mançester Siti"dən Məhəmməd Salaha 230 miliyon avroluq təklif

Bu mövsüm "Liverpul"dakı möhtəşəm performansı ilə bütün diqqətləri üzərinə çəkən Məhəmməd Salah üçün artıq ilk rəsmi təklif gəlib.
 
Qaynarinfo "Don Balon"a istinadən xəbər verir ki, "Mançester Yunayted" misirli ulduzu transfer etmək üçün "Liverpul"a müraciət edib. "Qırmızı-şeytanlar"ın Salah üçün rəqib komandaya 230 milyon avro təklif etdiyi bildirilir. 
 
Bu keçid baş tutsa, transfer rekordu qırılacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı ulduz ötən yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
 
Qeyd edək ki, "Liverpul" ötən yay Salahı "Roma"dan 42 milyon avroya alıb. O, İngiltərə klubunun heyətində meydana çıxdığı 42 qarşılaşmada 37 qol vurub və 12 məhsuldar ötürmə edib. Misirli ulduz Premyer Liqada vurduğu 29 qolla bombardirlər yarışına başçılıq edir.
Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az