Zidan əsəbiləşdi: Bunu heç kim dəyişdirə bilməz

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la cavab oyununda rəqib qapısına təyin olunan penalti epizodu ilə bağlı açıqlama verib.

Qol.az-ın yaydığı xəbərə görə, fransalı mütəxəssis bu qərarın soyğunçuluq kimi qiymətləndirilməsinə əsəbiləşdiyini söyləyib: " Uğurlarımıza təəssüflənən insanlar var, amma bu klubun tarixini heç kim dəyişdirə bilməz. Dünyanın ən böyük klubundan danışırıq. Buna görə də paxıllıq edənlər olur".

Zidan bildirib ki, penalti qərarı ilə bağlı mübahisələrin olması normaldır: "Amma bəzi sözlər daha artıq olmağa başladı. Şübhəsiz ki, biz növbəti mərhələyə yüksəlməyə layiqik".

Xatırladaq ki, 90+3-cü dəqiqədə “Yuventus”un qapısına penalti təyin edilib. "Real" penaltini dəqiq yerinə yetirib və iki oyunun nəticəsinə əsasən (1:3, 3:0) yarımfinala vəsiqə qazanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az