"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir

Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.

Əvvəlcə onun həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Twitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.

Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Maykl Oliver İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib. Report

Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

16.12.2018

15.12.2018

14.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az