Futbol tarixində görünməmiş hadisə: fasilədə penalti təyin edildi

 

Almaniya Bundesliqasının XXX turunda qeyri-adi hadisə baş verib.
 
Qaynarinfo xəbər verir ki, "Maynts” - "Frayburq” matçının fasiləsi zamanı baş hakim Quido Uinkmann videotəkrara (VAR) baxaraq qonaqların qapısına penalti təyin edib.
 
Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində meydan sahiblərinin hücumu zamanı top "Frayburq”lu müdafiəçinin əlinə dəyib. Hakim ilk anda epizodu nəzərdən qaçırıb və komandaları fasiləyə yollayıb.
 
Sonradan videotəkrara baxan hakim penalti qərarı verib. Bu səbəbdən komandalar paltardəyişmə otağından stadiona qayıdıb və De Blassis penaltini dəqiq yerinə yetirib. Bununla da meydan sahibləri heç-heçə başa çatan ilk hissəni 1:0 öndə tamamlayıb. İkinci yarıda daha bir qol vuran "Maynts" qələbə qazanıb - 2:0.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az