Dünyanın ən titullu futbolçusu DÇ-2018-də oynamayacaq

Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves iyunda Rusiyada start götürən dünya çempionatında iştirak edə bilməyəcək.

Bu barədə Braziliya yığmasının mətbuat xidmətindən bildirilib.

“Tibbi müayinə Dani Alvesin dünya çempionatında iştirak edə bilməyəcəyini təsdiqləyib”, məlumatda deyilir.

 

“PSJ” klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu Fransa Kubokunun final matçında zədələnib. Bu il D.Alves dünyanın ən titullu futbolçusu adına yiyələnib. "PSJ"-nin apreldə Fransa Liqa Kubokunu qazanması ilə Dani karyerasında 36-cı titulunu qazanıb.

 

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Kosta-Rika və Serbiya ilə görüşəcək.Apa

Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2019

20.01.2019

19.01.2019

18.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az