Dünya çempionatına dəvət alan klublar müəyyənləşdi

FİFA-nın yeni layihə kimi həyata keçirmək istədiyi klublararası dünya çempionatının yeni formatında iştirak edəcək komandalar müəyyənləşib.

Mediainfo.az-ın Apasport.az saytına istinadən məlumatına görə, beynəlxalq futbol qurumu 2021-ci ildə təşkil olunması planlaşdırılan yarışa nəhəngləri dəvət edib.

 

24 komandanın mübarizə aparacağı turnirdə Avropanı “Real”, “Barselona” (hər ikisi İspaniya), “İnter”, “Yuventus”, “Milan” (hamısı İtaliya), “Bavariya” (Almaniya), “Liverpul”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Ayaks” (Hollandiya) və PSJ (Fransa) təmsil edəcək.

 

 

“Köhnə qitə”nin sonuncu təmsilçiləri isə bu komandalar arasından seçiləcək: “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya), “Porto”, “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya).
 

Digər yerlər qitələr üzrə bölüşdürüləcək. Cənubi Amerikaya 3 vəsiqə veriləcək, bu materikin 4-cü komandası Okeaniyanın ən yaxşısı isə pley-offda oynayacaq. Afrika, Asiya, Şimali Amerika konfederasiyalarının hərəsinə 2 yer veriləcək.

 

Qeyd edək ki, mundial 2021-ci il iyunun 10-dan 28-dək keçiriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az