Avropa Liqasının final matçı : "Atletiko", yoxsa "Marsel" kuboku qazanacaq?

Bu gün Fransanın Lion şəhərində futbol üzrə Avropa Liqasının final matçı keçiriləcək.

Mediainfo.az-ın “Report”a istinadən məlumatına görə, qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi adı uğrunda Fransanın “Marsel” və İspaniyanın “Atletiko” komandaları üz-üzə gələcəklər.

Madridlilər 2010 və 2012-ci illərdə turnirin qalibi olduqları halda, marsellilər 1999 və 2004-cü illərdə həlledici görüşlərdə uduzublar. Ümumiyyətlə, hər iki kollektiv yetərincə avrokubok təcrübəsinə malikdir.

“Marsel” indiyədək 5 dəfə avrokuboklarda finalçı olub və bunlardan 2-də qalib gəlib. Fransa təmsilçisi 1993-cü ildə Çempionlar Liqasında (ÇL) İtaliya “Milan”ını (1:0), 2005-ci ildə isə İntertoto Kubokunda İspaniyanın “Deportivo” komandasını məğlub edib (0:2, 5:1).

“Atletiko” tarixi ərzində ikinci dəfə Lionda final oyununa çıxacaq. 1986-cı ildə Kuboklar Kubokunun həlledici qarşılaşmasında Kiyev “Dinamo”suna uduzan (0:3) ispanlar indiyə qədər 12 dəfə avrokuboklarda finalda iştirak ediblər və bunlardan 6-da qalib gəliblər. Madrid təmsilçisi 1962-ci ildə Kuboklar Kubokunda İtaliyanın “Fiorentina” komandasını (3:0), 2007-ci ildə isə İntertoto Kubokunda Rumıniya “Qloriya”sını (2:2, səfər qolu sayəsində) məğlub edib.

2010 və 2012-ci illərdə Avropa Liqasının qalibi kimi UEFA Superkuboku uğrundan görüşə çıxan “Atletiko” hər iki görüşdə güclü tərəf olub. İspanlar müvafiq olaraq, İtaliya “İnter”i (2:0) ilə İngiltərə təmsilçisi “Çelsi”ni məğlub ediblər (4:1).

“Marsel” və “Atletiko” fərqli yollarla finaladək irəliləyiblər. Marsellilər başlanğıcıdan bu turnirdə mübarizə apardıqları halda, “Atletiko” ÇL-in qrup mərhələsində “Qarabağ”la görüşlərdə xal itirdiyi üçün (0:0, 1:1) 3-cü yerin sahibi kimi mübarizəni Avropa Liqasında davam etdirməli olub.

“Atletiko” La Liqada mövsümün başa çatmasına bir tur qalmış 78 xalla 2-ci pillədə qərarlaşıb və ÇL-ə vəsiqəni təmin edib. “Marsel” isə 37 turdan sonra 74 xalla 4-cü pillədə qərarlaşıb və ÇL-ə vəsiqə verən 3-cü sıradakı “Lion”dan 1 xal geri qalır.

Final

16 may

 

22:45. “Marsel” (Fransa) – “Atletiko” (İspaniya)

Baş hakimi: Byörn Keypers (Hollandiya)

Lion. Stad-de-Lion

Çox oxunan xəbərlər
Son xəbərlər

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az